Movie
Ağ Atlı Oğlan
Drama film with a runtime of 64 minutes, released in 1994. Presented in AZE.
At a Glance
Synopsis
Film hərbi-vətənpərvərlik mövzusundadır. Romantik filmdə Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12-13 yaşlı Muraddır. Onun ən çox sevdiyi "Ağ atlı oğlan" nağılıdır. Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur. Və günlərin birində Qarabağ uğrunda döyüşlərdə Murad da öz ağ tankında meydanda görünür... Film nikbin sonluqla bitir. Çünki romantik qəhrəman Azərbaycanın rəmzi səviyyəsinə qaldırılır. Bu qəhrəman Azərbaycan xalqının möhkəm iradəsini, ölməzliyini bir daha nümayiş etdirir.
Where to Watch
Start with the quickest viewing option we have for this title.
Availability can vary by country and over time.